Qazzanın gələcəyi bütün dünyaya təsir edəcək Kuba Prezidenti

13.02.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes bildirib ki, Qazanın gələcəyi bütün inkişaf etməkdə olan dünyanın gələcəyinə çevrilə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

O, qeyd edib ki, ABŞ-ın qərarı ilə Qazaya müsadirə, işğal və etnik təmizləmə təhlükəsi yaranıb.

“Qazanın gələcəyi, əgər vicdan və çoxsəviyyəli yanaşma hələ cavab verməsə, bütün inkişaf edən dünyanın gələcəyinə çevrilə bilər”, — deyə o vurğulayıb.

Əvvəlcə ABŞ Prezidenti Donald Tramp açıqlama verərək, Qazanı investisiya layihəsi kimi nəzərdən keçirdiyini bildirib.

O, qeyd edib ki, öz planına əsasən, Qaza sektoru müvəqqəti olaraq ABŞ-ın nəzarətinə veriləcək, palestenlər isə başqa yerlərə köçəcəklər.

Qeyd edək ki, Ağ Ev, Qaza sakinlərini Somalilend və Puntland (Somali) bölgələrinə, eləcə də Marokko’ya köçürməyi düşünür.

Günel

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью