Qazzayevə Rusiyanın yüksək mükafatı verildi

12.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bu gün Kremldə Rusiya prezidenti Vladimir Putin tərəfindən dövlət mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, mükafatlandırılanlar içərisində futbol üzrə Rusiya milli komandasının sabiq baş məşqçisi Valeri Qazzayev də olub.

O, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

70 yaşlı Qazzayev “Alaniya”, ÇSKA, Moskva “Dinamo”su və digər komandaları çalışdırması ilə də tanınır. O, məşqçi kimi 4 dəfə Rusiya çempionu, həmçinjn, UEFA Kubokunun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью