QDİƏT nin baş katibi ilə görüş keçrildi

30.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrinin erkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏT çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Eyni zamanda ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью