Qəbələ 3 yoxlama oyunu keçirəcək

01.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir kli, 1-ci Liqada 11-ci turun dekabrın 24-də “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” yanvarın 9-da bir araya gələcək.

Komanda qış təlim-məşq toplanışını Qəbələdə gerçəkləşdirəcək. Hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub. Bu matçların vaxtı və rəqiblər barədə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, "Qəbələ" 1-c liqada 11 turdan sonra 29 xalla vahid liderdir. Komanda mövsümün ilk yarısında qapısından qol buraxmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью