futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 4-cü turunda “İmişli”ni qəbul edəcək “Qəbələ” bu qarşılaşmanın hazırlıqlarına start verib.
Futbolpress.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Qırmızı-qaralar” növbəti matça Amil Ağacanov və Miloş Yevtiçdən ibarət məşqçilər dueti rəhbərliyi altında çıxacaq.
“Qəbələ” – “İmişli” görüşü sentyabrın 4-də, saat 18:00-da start götürəcək.
Xatırladaq ki, “Qəbələ” avqustun 31-də baş məşqçi Kaxaber Sxadadze ilə yolları rəsmən ayırıb.