“Qəbələ” Adriel Ba Loua ilə yollarını ayırıb

10.06.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Qəbələ” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2025-ci ilin yayından komandada çıxış edən Fildişi Sahilindən olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, ölkə Azərbaycan Kubokunda dörd matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью