Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasında IX tura start verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk oyununda "Araz-Naxçıvan" Şamaxıda "Qəbələ"ni qəbul edib.
Qonaqlar Şamaxı şəhər stadionundakı qarşılaşmadan qalib ayrılıb - 2:1.
"Qırmızı-qaralar"ın qollarını 8-ci dəqiqədə İsmael Akinade, 48-ci dəqiqədə İsaak Amoah vurublar. Meydan sahiblərindən 36-cı dəqiqədə Mohamed Mara fərqlənib.
Qələbə sayəsində xallarını sayını 7-yə çatdıran "Qəbələ" 9-cu pillədə qərarlaşıb. "Araz-Naxçıvan" 2 xalla sonuncu - 12-ci sırada qalıb.
Günün ikinci görüşündə "Zirə" doğma meydanda "Sumqayıt"ı sınağa çəkəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.