Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib.
Moderator.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Bolqarıstanın "Beroe" klubundan qapıçı Artur Mottanı 1 illik icarəyə götürüb.
Qeyd edək ki, 24 yaşlı braziliyalı qolkiper 2024-cü ildən "Beroe"nin şərəfini qoruyub. O, buna qədər Braziliyanın "Fortaleza", "Quarani" və "Sao Kaetano" komandalarının da formasını geyinib.