Qəbələ Azərbaycan I Liqasında liderliyə yüksəldi

28.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

"Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib.

Sfera.az xəbər verir ki, XVII turda "Karvan"la qarşılaşan "qırmızı-ağlar" 1:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda yeganə qolu 88-ci dəqiqədə Nuğay Rəşidov meydan sahiblərinin qapısından keçirib.

Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Qəbələ" zirvəni ələ keçirib. 18 xalı olan "Karvan" isə ikinci pilləyə enib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью