Qəbələ bin məşqçisi: Məqsədimiz elitada yerimizi qorumaqdı

24.01.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Misli premyer-liqasının 17-ci turunda "Qəbələ" "Şamaxı"nı darmadağın etdi - 4:0. Oyunsonrası mətbuat konfransında qonaqların məşqçisi George Çixradze jurnalistlərin suallarını cavablayıb.

- Futbolçuları təbrik edirəm. Yaxşı hazırlaşmışdıq. Güclü komanda ilə qarşılaşdıq. Rəqib 2 taktiki sxemlə oynayır. İkisini də nəzərdə saxlamışdıq. Təlim-məşq toplanışını bu oyun üzərində hazırlaşmışdıq. Akinadze də, Keyta da komandaya yaxşı qoşulub.

- Keytanı hansı mövqedə oynatmağı düşünürsüz?

- Düzünü deyim, məcburiyyətdən elə oynadı. Dayaq yarımmüdafiəsinə transfer gözləyirik. Xeyme cəzalıdı.

- Turan Manafovun "Qəbələ"yə keçidi danışılır. Bu, baş tuta bilər?

- Bəli. Təcrübəli futbolçudu. Danışıqlar gedir.

- Özünüzü texniki zonada tək necə hiss etdiz?

- Futbol bir hissəsidi. Məşqçilər də cəzalanır. Mən də əvvəllər Azərbaycanda işləmişəm.

-Qəbələ" yayda edə bilmədiyi transferləri qışda etdi deyə bilərik?

- 1-ci liqadan gələndə başqa heyətimiz var idi. Məqsədimiz 1-ci liqadakı heyəti qorumaq idi. Amma güclənmək lazım idi. Məqsədimiz elitada yerimizi qorumaqdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью