“Qəbələ” braziliyalı qapıçı Artur Mottanı heyətinə cəlb edib

02.08.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın “Qəbələ” futbol komandası braziliyalı qapıçı Artur Mottanı heyətinə cəlb edib.

İdman.Biz xəbər verir ki, 24 yaşlı futbolçu Bolqarıstanın “Beroe” komandasından birillik icarəyə götürülüb.

Artur Motta 2024-cü ildən “Beroe”nin formasını geyinib. Braziliyalı qapıçı karyerası ərzində ölkəsinin “Fortaleza”, “Quarani” və “Sao Kaetano” komandalarında da çıxış edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью