Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qəbələ" bir müddətdir baxışa dəvət etdiyi braziliyalı müdafiəçi ilə bağlı qərarını verib.
Fanat.Az-ın klubdan əldə etdiyi məlumata görə, 23 yaşlı Mateus Belem baş məşqçi Kaxaber Tsxadadzenin ürəyincə olmayıb.
İki gün öncə "Kəpəz"lə Qəbələdə baş tutan yoxlama matçında (2:1) sınanan Mateus özünü doğrultmayıb. Onun tezliklə geri göndəriləcəyi bildirilir.
Halbuki, son klubu “San Paulo” olan futbolçunun "Qəbələ"yə birbaşa müqaviləyə gəldiyi, tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilirdi.
Xatırladaq ki, ötən mövsümün sonunda "Qəbələ"ni 9 futbolçu (İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov, Murad Musayev, Rza Cəfərov, Sambu Sissoko, Adriel Ba Loua, Okan Təhməzli, Seydina Keyta) tərk edib. Bölgə təmsilçisi yay fasiləsində cəmi 3 transfer reallaşdıra bilib - Kouya Mabena, Natan Monzanqo və Karim Rossi.
Mirağa