“Qəbələ” bu ay çempion olsa da, mükafatlandırılmayacaq PFL rəsmisi səbəbi izah etdi

24.04.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Qəbələ” aprelin 25-də 1-ci liqanın 23-cü turu çərçivəsində MOİK-i qəbul edəcək.

“Football-plus.az”ın məlumatına görə, “qırmızı-qaralar” bu matçda qalib gəlsə, çempion ola bilər. Amma bir şərtlə: “Zaqatala” – “İmişli” matçında qonaqlar xal itirməlidi.
Bəs “Qəbələ” çempion olsa, həmin oyunda mükafatlandırılma mərasimi baş tutacaqmı? Bu sualla PFL-in Media və marketinq üzrə direktoru Sənan Abdullayevə müraciət etdi. Qurum rəsmisinin cavabı:

“Bütün mükafatlandırmalar mayda olacaq. Yəni Qəbələdə hansısa mükafatlandırma nəzərdə tutulmur. “Qəbələ” çempion olsa, sonuncu ev oyunundan əvvəl PFL-in idarə heyətinin qərarına əsasən planlama ediləcək”.

Qeyd edək ki, “qırmızı-qaralar”ın sonuncu ev oyunu mayın 14-16-sı aralığında baş tutacaq. Kaxaber Sxadadzenin komandası 26-cı tur çərçivəsində keçiriləcək matçda “Zaqatala” ilə qarşılaşacaq.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью