“Qəbələ” bu gün kubokuna qovuşacaq

15.05.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan I Liqasında XXVI tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçiriləcək. Çempion “Qəbələ” “Zaqatala”nı qəbul edəcək. Matç saat 16:00-da başlayacaq.

“Qırmızı-qaralar”a matçdan sonra kubok və medallar təqdim olunacaq.

“Qəbələ” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью