“Qəbələ” bu gün Premyer Liqaya vəsiqəni təmin edə bilər

04.04.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan I Liqasında bu gün XX tura yekun vurulacaq.

"Cebheinfo.az"  xəbər verir ki, son gündə lider “Qəbələ” “Baku Sportinq”in qonağı olacaq.

Bölgə təmsilçisi səfər görüşündə qələbə qazana bilsə, çempionatdakı ilk üç yeri – həmçinin Premyer Liqaya vəsiqəni təmin edəcək. Çünki qələbə təqdirində “Qəbələ” 4-cü sıradakı “Baku Sportinq”lə xal fərqini 26 xala yüksəldəcək.

Bundan sonra isə mövsümün sonuna 7 tur qalacaq və “Qəbələ” 4-cü sıradakı rəqibi üçün əlçatmaz olacaq.

Qeyd edək ki, bu mövsüm I Liqadan 3 komanda Premyer Liqaya vəsiqə qazanacaq. Hazırda “Qəbələ” 49 xalla turnir cədvəlinə başçılıq edir.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью