“Qəbələ” daha güclü olmaq eşqinə düşüb.... “1 ci liqa klublarında bizi gücləndirəcək futbolçu olacağına inanmırıq”

26.01.2026

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qış fasiləsində iki legioner transfer edən “Qəbələ” daha iki-üç futbolçuyla güclənmək niyyətindədi.

Bu barədə “Football-plus.az”a “qırmızı-qaralar”ın idman direktoru Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, komanda bir legioner, bir-iki yerli futbolçuyla güclənəcək:

“Heyətə yeni oyunçuların cəlb edilməsi yönündə işlər davam edir. Cinah və mərkəz müdafiəçiləri transfer etmək istəyirik. Biri legioner, qalanları yerli olacaq. Düzü, 1-ci liqa klublarında bizi gücləndirəcək futbolçu olacağına inanmırıq. Bu səbəbdən premyer-liqa komandalarıyla danışıq aparacağıq. Təəssüf ki, bu çempionatda da seçim azdı. İstənilən halda, güclənmək istəyirik”.

Xatırladaq ki, bölgə təmsilçisi bu ay Seydina Keyta ilə İsmael Akinadeni heyətinə qatıb. Keyta mərkəz müdafiəçisi, Akinade isə hücumçudu.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью