“Qəbələ” də kapitanını göndərdi

04.06.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Qəbələ”də Murad Musayevlə mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012-2013-cü illər mövsümündə komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib.

Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub.

O, “qırmızı-qaralar”la 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью