Qəbələ də legioner limitinin ləğvindən razıdır | Icma.az
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Futbol Akademiyamızda yetişən bacarıqlı oyunçularımız var.
Yerli futbolçulara tələbat sarıdan dəyişiklik olacağını düşünmürəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ölkə çempionatının I Liqasında mübarizə aparan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının 12-yə artırılacağı barədə qərarın komandasına mümkün təsirindən danışarkən deyib.
57 yaşlı gürcü mütəxəssis say artımından arxayınlıq yaranmayacağını, liderlik mövqeyini buraxmaq niyyətində olmadıqlarını söyləyib: “Bu barədə fikir səsləndirə bilmirəm, qərarı onlar qəbul edirlər, biz də icra etməliyik.
AFFA-da o insanlar işləyirlər və belə qərara alınıb. Mən buna peşəkarcasına yanaşıram.
Oyunumuza təsirinə gəldikdə, elitadan düşən vaxtdan “Qəbələ”yə qarşı hamının gözləntisi var idi.
“Baku Sportinq” - “Karvan” qarşılaşmasında tərəflər heç-heçə etsələr də, onların “Qəbələ”yə qarşı oyunlarında necə kökləndiklərini gördük.
Digər komandalar "Qəbələ"yə qarşı necə motivasiyalı oynayırdılarsa, yenə belə davam edəcəklər. Fikrimcə, çempionat daha maraqlı olacaq.
Tam oxu
Xəbəri oxu