Qəbələ dən Araz Naxçıvan a 7 qol

04.11.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əvəzedicilər liqasında IX tura start verilib.

Sportal.az xəbər verir ki, turnirin lideri olan “Qəbələ-2” ilk oyun günündə meydana çıxıb. Komanda səfərdə “Araz-Naxçıvan-2” ilə qarşılaşıb.

Matç Binə qəsəbə stadionunda baş tutub. Cari mövsümdə bütün səfər oyunlarında qalib gələn “Qəbələ-2” seriyasını davam etdirib. "Qırmızı-qaralar" ilk yarının ortalarında 11 dəqiqəyə 4 qol vurub. Ömər Kərimov, Qədir Ramazanov, Daniel Eşimoxay və Cuma Hüseynov meydan sahiblərinin qapısına yol tapıb.

Fasilədən sonra komandalar hərəyə 3 qol vurub. "Qəbələ"nin heyətində Hüseyn Xasməmmədli, Qədir Ramazanov və Xəyyam Məmmədli fərqlənib. Böyükhesablı qələbə qazanan “Qəbələ-2” mövsümdə ardıcıl 5-ci dəfə rəqib meydanından 3 xalla ayrılıb – 7:3. 9 oyunda 25 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” – 3:7
Qollar: 
Cavid Paşa, 66, Turan Fətullayev, 76, Nihat Mehralıyev, 89 // Ömər Kərimov, 22, Qədir Ramazanov, 27, 52, Daniel Eşimoxay, 29, Cuma Hüseynov, 32, Hüseyn Xasməmmədli, 47, Xəyyam Məmmədli, 71

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью