Qəbələ dən növbəti qələbə

24.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Qəbələ” növbəti yoxlama oyununu keçirib.

QOL.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci hissəsinə hazırlıq çərçivəsində “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Bu, Kaxaber Tsxadadzenin komandasının qış fasiləsində ikinci matçı olub.

Qarşılaşma Binə qəsəbə stadionunda keçirilib. Hər hissədə bir qol vuran "Qəbələ" 2:0 hesablı qələbə qazanıb.

İlk hissədə Elşad Tağıyev hesabı açıb. Fasilədən sonra Domi Massoumou fərqi artırıb. Beləliklə, “qırmızı-qaralar” 2025-ci ildəki yoxlama oyunlarında ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən “Qəbələ” ilk yoxlama oyununda “Mingəçevir”ə 4:0 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью