Qəbələ “Diamond”u seçdi, “Mingəçevir” isə...

28.05.2026

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Qəbələ"nin "Mingəçevir"lə oyun ərəfəsindəki planları bəllidi.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” dünən axşam saatlarında Bakıya gəlib. Bu gün səhər saatlarında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edib. “Qəbələ” Bakıdakı “Diamond” otelində məskən salıb.
"Mingəçevir" də dünən axşam saatlarında Bakıda olacaq. Amma “nur şəhəri”nin təmsilçisi nədənsə burda qalacağı otelin adını açıqlamadı. Bəlkə də “Qəbələ” azarkeşlərinin səs-küy salıb, futbolçuların rahatlığını pozacağından narahatdılar. Hərçənd bu ehtimal da o qədər inandırıcı deyil.
MURAD ABDULLAZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью