Qəbələ Elvin Camalovla anlaşdı 2 illik müqavilə bağlayacaq

16.09.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Qəbələ" klubu yarımmüdafiəçi Elvin Camalovla 2 illik müqavilə bağlayacaq.

"AzPolitika" xəbər verir ki, bu barədə "Report"a 31 yaşlı futbolçu məlumat verib.

Azərbaycan millisinin üzvü transferin yaxın vaxtda açıqlanacağını bildirib:

"2 illik müqavilə müddəti nəzərdə tutulub. Hər iki tərəf üçün uğurlu olmasını istəyirik. Transferin yaxın vaxtda açıqlanması gözlənilir".

Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunan E.Camalov 2 gün əvvəl "ağ-qaralar"dan ayrılıb.

O, bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью