“Qəbələ” futbolçusunu Slovakiya klubuna satıb

27.07.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Qəbələ” futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, 20 yaşlı vinger “Qəbələ”yə 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından cəlb olunub. O, “qırmızı-qaralar”ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью