Qəbələ heyətini yarımmüdafiəçi ilə gücləndirib

11.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Qəbələ" transfer dönəminin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Bu barədə Bakıvaxtı.az-a bölgə təmsilçisindən məlumat verilib.

"Qırmızı-qaralar" 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın "Valansyen" klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası "Valansyen" olan fransalı futbolçu daha öncə vətənində "Reyms", Ukraynada "Vorskla", Belçikada "Seren" kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью