Qəbələ” iki futbolçu ilə yollarını ayırdı, birini icarəyə verdi

31.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qəbələ” iki futbolçusu ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

Həmçinin “Qəbələ” yetirməsi olan Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Qeyd edək ki, "Qəbələ" hazırda 1-ci liqanın turnir cədvəlində 30 xalla liderdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью