“Qəbələ” iki yoxlama matçı keçirəcək

19.11.2024

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

“Qırmızı-qaralar” hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda sabah Region Liqasında çıxış edən “Olimpiya” (Ağcabədi) ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” daha bir qarşılaşmaya çıxacaq. Komanda “Zaqatala” ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq hər iki oyun saat 15:00-da başlayacaq.

AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələdi Hakimləri təhdid edən məşqçi cəzalandırıldı Millimiz İsveçlə qarşı-qarşıya - YENİLƏNİR “Sumqayıt”dan bayram hədiyyəsi “Green Future Golf Cup” turnirinə yekun vurulub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью