“Qəbələ” iki yoxlama oyunu keçirəcək

20.11.2024

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

“Qırmızı-qaralar” hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda sabah Region Liqasında çıxış edən “Olimpiya” (Ağcabədi) ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” daha bir qarşılaşmaya çıxacaq. Komandamız “Zaqatala” ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq hər iki oyun saat 15:00-da başlayacaq.

"Neftçi" - "Zirə" matçının biletləri satışda U19 millimiz son dəqiqədə qələbəni əldən verdi - YENİLƏNİB Əsas millimizin ardınca onlar da bunu bacardı - YENİLƏNİB AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələdi Hakimləri təhdid edən məşqçi cəzalandırıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью