Qəbələ ilk məğlubiyyətini aldı, Karvan dan heç heçə

18.04.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycan 1-ci liqasında 22-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son - 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Karvan" MOİK-in qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə bitib. 

Günün maraqla gözlənilən qarşılaşması isə İmişlidə oynanılıb. Burada "İmişli" "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa şatıb. 

Beləliklə, bu, "Qəbələ"nin bu mövsüm turnirdə ilk məğlubiyyəti olub. 

Qeyd edək ki, "Qəbələ" artıq ən az 3-cülüyü və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

18 aprel (cümə) 

16:00. MOİK – “Karvan” - 1:1
Qollar: İ.Əliyev, 28 - E.Morgan, 83

Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Binə qəsəbə stadionu

16:30. “İmişli” – “Qəbələ” - 1:0
Qol: E.Rəhimzadə, 7 (pen)

Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev

Heydər Əliyev adına İmişli şəhər stadionu

17 aprel (cümə axşamı)

“Cəbrayıl” – “Mingəçevir” - 2:0

“Bakı Sportinq” – “Qaradağ Lökbatan” - 0:1

“Difai” – “Zaqatala” - 1:0

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью