“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

10.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 avqust, AZƏRTAC

“Qəbələ” növbəti transferini rəsmiləşdirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.

Qeyd edək ki, Edson Eduardo bu mövsüm “Vestri”nin heyətində UEFA Avropa Liqasının I təsnifat mərhələsinin hər iki matçında “Qarabağ”a qarşı oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью