Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Azərbaycan 1-ci liqasında 8-ci tur davam edir.
QOL.az xəbər verir ki, bu gün 2 matç keçirilib. "Difai" "Mingəçevir"i qəbul edib.Oyun 3:3 hesabı ilə yekunlaşıb.
Turun mərkəzi görüşü isə Yevlax şəhər stadionunda oynanılıb. Burada lider "Karvan" 2-ci yerdəki "Qəbələ" ilə qarşılaşıb.
"Qəbələ" "Karvan"ı 1:0 hesabı ilə məğlub edərək xallarının sayını 20-yə çatdırıb və liderliyi ələ keçirib. 28 noyabr (cümə axşamı) 14:30.
“Difai” – “Mingəçevir” - 3:3 Qollar: İ.Allahverdiyev, 58-pen; 81, C.Kamta, 90+4 - İ.Əliyev, 19, 48, T.Məmmədzadə, 61-pen.
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Elvin Bayramov Şamaxı OİK stadionu 14:30.
“Karvan” – “Qəbələ” - 0:1 Qol: N.Rəşidov, 88 Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev Yevlax şəhər stadionu 29 noyabr (cümə) 13:00.
“Cəbrayıl” – “Baku Sportinq” Hakimlər: Rövşən Rəcəbov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov “ASCO Arena” 27 noyabr (çərşənbə) “İmişli” – “Qaradağ Lökbatan” - 2:1 MOİK – “Zaqatala” - 3:1 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.