Qəbələ klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Peşəkar Futbol Liqası "Qəbələ"yə 50 min manat əlavə mükafat verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a müsahibəsində qurumun prezidenti Elxan Səmədov deyib.

O, legioner limitindən əldə olunan gəlirin bir hissəsinin Premyer Liqa klubları arasında bölüşüdürüləcəyini söyləyib:

"AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra PFL tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib".

E.Səmədov Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da vəsait ayrılacağını bildirib:

"Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью