Qəbələ kubokda 1/4 finala yüksəldi

04.12.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qəbələ" kubokda 1/4 finala yüksəldi

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 3 oyundan ikisi başa çatıb.

 "Qəbələ" 1-ci liqanın hazırkı lideri "Şəfa"nı qəbul edib və hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Kaxaber Sxadadzenin komandası bu mərhələdə "Sabah"a rəqib olub.

Saat 19:00-da isə "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" oyunları başlayacaq.

Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsi bir oyundan ibarətdir.

4 dekabr

Azərbaycan Kuboku

1/8 final

15:00. "Qəbələ" – "Şəfa" - 2:1 

Qollar: İbrahim Sanqare, 2 (1:0), Emin Zamanov, 5 (1:1), İbrahim Sanqare, 53 (2:1)

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

Qəbələ şəhər stadionu

19:00. "Araz-Naxçıvan" – "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Kamranbəy Rəhimov.

"Liv Bona Dea Arena"

19:00. "Difai" – "Sumqayıt"

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

2 dekabr

"Zirə" - "Neftçi" - 1:0 

"Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2

3 dekabr

"Qarabağ" – "Karvan-Yevlax" - 3:0

"Şamaxı" – "Bakı Sportinq" - 1:0 

"İmişli" – "Sabah" - 1:2 

1/4 finalda qarşılaşacaqlar:

“Turan Tovuz” / “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi

“Zirə"  / “Difai" - "Sumqayıt" cütünün qalibi

“Şamaxı" / “Qarabağ"

"Sabah" /“Qəbələ" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью