Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
“Qəbələ” klubu heyətindəki legionerlərdən birini satıb.
Bizim.Media xəbər verir ki, söhbət hücumçu Prins Ovusudan gedir.
Qanalı forvarda görə bir çox klublardan təkliflər alan bölgə təmsilçisi sonda Slovakiyanın “Dunayska Streda” komandası ilə razılığa gəlib. Transferin məbləği təxminən 250 min avro dəyərindədir.
Qeyd edək ki, “Qəbələ” aprel ayında Ovusu ilə müqaviləni 2028-ci ilə qədər artırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media