Qəbələ Mingəçevir i darmadağın etdi

20.01.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Qəbələ” qış hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə üz-üzə gəlib. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.

Kaxaber Sxadadzenin yetirmələrinin üstünlüyü ilə keçən matçın ilk yarısında 2 qol vurulub. Saheed Akorede və Murad Musayev rəqib qapısına yol tapıblar.

Fasilədən sonra “Qəbələ” daha 2 dəfə fərqlənib. Hər iki qolu Domi Massoumo vurub.

Beləliklə, “qırmızı-qaralar” yoxlama oyununda 4:0 böyükhesablı qələbə qazanıb.

Azər Bağırov: “İstədiyimiz futbolçular var” Kurban Berdıyev: “Bu gün heç nə alınmadı” “Forza Neftçi” qələbənin 20 illiyini belə qeyd etdi - foto Qərb derbisində qalmaqal - video "Turan Tovuz" "Kəpəz"dən "5" aldı - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью