“Qəbələ” “Mingəçevir”lə üz üzə gələcək İdmanXəbər

17.01.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

Mövsümün ikinci hissəsinə hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu yanvarın 19-da keçirəcək.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə görüşəcək. Qarşılaşma Qəbələ şəhər stadionunda olacaq və saat 16:00-da start götürəcək.

Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən Kaxaber Tsxadadzenin çalışdırdığı “Qəbələ”nin üç yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью