“Qəbələ” MOİK i məğlub edib

21.08.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün "Qəbələ" yoxlama görüşü keçirib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi I Liqada yarışan MOİK-lə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən matça 18:30-da start verilib.

Görüş "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qırmızı-qaralar"ın heyətində qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub. 

Qeyd edək ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv Misli Premyer Liqasının 2-ci turunda "Zirə" ilə qarşılaşacaq. Həmin oyun avqustun 25-də baş tutacaq.

Qubada “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək - FOTO "İmişli" Quba stadionunda təmir işlərinə başladı - FOTO Samir Abasov onları komandadan göndərdi - RƏSMİ “Zirə”nin futbolçusuna 4 oyun cəza AFFA "Qəbələ"ni cərimələyib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью