Icma.az, sport24.az portalına istinadən məlumat verir. Qəbələdə təlim-məşq toplanışında olan "Neftçi" fasilə dönəmində yoxlama görüşü keçirm
Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" sınaqçı rəqib tapa bilməyib.
Paytaxt təmsilçisi hazırlıq prosesində "Qəbələ" ilə qarşılaşmaq istəsə də "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze təklifi geri çevirib.
Səbəb kimi isə komandanın yalnız bu gün toplaşacağını və belədə futbolçuların zədə almaq riskinin böyük olduğunu göstərib.
Qeyd edək ki, "Neftçi"nin Qəbələ toplanışı yanvarın 12-dək davam edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.