Qəbələ nin ilk rəqibi müəyyənləşib

17.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Mövsümün ikinci hissəsinə hazırlığını davam etdirən "Qəbələ" ilk yoxlama oyununu yanvarın 19-da keçirəcək. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" "Mingəçevir"lə görüşəcək.

Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq. Oyun saat 16:00-da start götürəcək.

Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın üç yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью