Qəbələ nin kapitanı: Meydanda onun dəstəyini hiss edirik

02.02.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sport24.az saytına müsahibə verib.

- Son oyunda "İmişli"ni məğlub etdiz. Oyunla bağlı fikirləriniz necədir?

- "İmişli" ilə matç çox vacib idi. Qış fasiləsindən sonra ilk oyunumuzda da qalib gəlmişdik. Çox çətin olsa da, şükür ki, bunu bacardıq.

- ⁠Komanda qış fasiləsindən sonra ardıcıl 2 oyunda qalib gəlir. Sizcə, bu uğurlu çıxışın səbəbi nədədir?

- Qış fasiləsinə yollananda komanda olaraq fikirləşməyə vaxtımız oldu. Durumumuz ürəkaçan deyildi. Yaxşı təlim-məşq toplanışı keçə bildik. Yeni transferlərin də xeyri çox oldu. Bunun nəticəsində ardıcıl iki oyunda qalib gəldik.

- ⁠Baş məşqçiniz bu oyunlarda cəzalı olub. Görünən odur ki, bu sizə elədə çox təsir etməyib...

- Baş məşqçimizin cəzalı olması bizim üçün üzücü məqamdır. Hər zaman istərdik Kaxaber Tsxadadze yanımızda olsun. Meydanda onun dəstəyini hiss edirik. 

- ⁠Mövsümə yaxşı başlasaydınız, turnir cədvəlində daha fərqli bir yerdə ola bilərdizmi?

- Birinci dövrədə itirə bilməyəcəyimiz xalları itirdik. Qalib gəlməli olduğumuz oyunlarda məğlub olduq. Bu da turnir cədvəlindəki mövqeyimizə təsir etdi. Hər bir halda daha yaxşı ola bilərik. 

- ⁠Komandanın cari mövsüm üçün maksimum hədəfi nədir?

- Bizim üçün hər matç önəmlidir. Edə biləcəyimizin ən yaxşısını etməliyik ki, mövsümün sonunda turnir cədvəlində orta pillədə qərarlaşaq. Bunun üçün gücümüz var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью