Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq. "Qəbələ"nin kapitanı Murad Musayev Sportal.az saytına müsahibə verib: - Kubokda "Şəfa"n
Oyunu necə dəyərləndirirsən? - Belə oyunlar hər zaman çətin keçir. Çünki rəqib komandalar daha motivasiyalı və istəkli olur.
Bizim üçün matça köklənmək bir az çətin idi. İstər-istəməz arxayınlıq yaranır. Şükürlər olsun ki, oyuna yaxşı reaksiya verə bildik.
Bizim üçün vacib qələbə idi. - Matçın tempi aşağı idi. Bu, sizin oyununuza necə təsir edirdi? - Motivasiya baxımından bir az problem olur.
"Şəfa" həqiqətən də yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Premyer Liqaya gəlsələr, çempionata rəng qatacaqlar.
Maraqlı və intizamlı komandadır. Diqqətli olmağa çalışdıq ki, problem yaşamayaq. - Ardıcıl iki qələbə qazandınız.
Bu, qarşıdakı periodda komandaya necə təsir edəcək? - Əlbəttə hər qələbə önəmlidir və gələcək oyunlar üçün motivasiya verir.
Daha yaxşı yerlərə qalxmaq üçün çalışırıq, əziyyət çəkirik. İnanıram ki, daha yaxşı olacağıq.