sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zurab Oçiqava "Lexiya"nın məşqçilər korpusuna qoşulub. Sport24.az xəbər verir ki, bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı mütəxəssis baş məşqçi Vladislav Lupaşkonun köməkçisi kimi fəaliyyət göstərəcək, həmçinin standart vəziyyətlərə cavabdeh olacaq.
Oçiqava futbolçu karyerasını 2025-ci ilin yanvarında başa vurub. Mərkəz müdafiəçisi daha çox "Olimpik" və "Dinamo"dakı çıxışları ilə tanınır. O, karyerası ərzində həmçinin "Vorskla", "İlliçivets", "Dnepr-1", Estoniyanın "Levadiya" klublarının formasını geyinib. O, Azərbaycanda "Sabah" və "Qəbələ" komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, Oçiqava futbolçu karyerasını bitirdikdən sonra "Sabah" klubunda çalışıb. Xatırladaq ki, "Sabah" ötən mövsüm ölkədə "qızıl dubl"a imza atıb və tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.