Qəbələ nin legioneri: Aşağı pilləyə düşmək istəmirik, daha yuxarı yerlərə qalxmalıyıq MÜSAHİBƏ

25.01.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Qəbələ" Misli Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə "Şamaxı"nın qapısından 4 cavabsız qol keçirərək qələbə qazanıb.

Qarşılaşmadan sonra "qırmızı-qaralar"ın konqolu vingeri Domi Massumo Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb.

-  İlk olaraq oyunla bağlı fikirlərini bölüşərdin...

- Matçın nəticəsinə və göstərdiyimiz oyuna görə xoşbəxtik. Bu qarşılaşma üçün çox çalışmışdıq, çünki  turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalı idik.  Bu qələbəyə çox ehtiyacımız var. Bunu bacardığımıza görə çox sevincliyik.

- Komandanın ilk qolunu vurdun. Təəssüratların maraqlıdır...

- Buna görə şadam. Mən hücumçuyam və işim qol vurmaqdır. Hər oyunda qol vurmaq asan deyil, amma bu, komandaya kömək etmək və özünə inamı artırmaq üçün bizə lazımdır.

- Bu hesabı gözləyirdiz?

- Bura qələbə üçün gəlmişdik. Hesabın neçə olması o qədər də önəmli deyil, əsas qələbə qazanmaq idi və 4-0 hesabı ilə qalib gəldiyimiz üçün çox xoşbəxtik.

- Səncə, Premyer Liqada qala biləcəksiz?

- Bəli, elitada qalmaq üçün çalışırıq. Aşağı pilləyə düşmək istəmirik, daha yuxarı yerlərə qalxmalıyıq. Hazırda bunun üzərində işləyirik. İnanıram ki, bacaracağıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью