Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
"Qəbələ"nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.
Apasport.az xəbər verir ki, komanda hazırlıq müddətində 5 matçda meydana çıxacaq.
“Qırmızı-qaralar”ın ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı olacaq. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.
Qeyd edək ki, yalnız “Sumqayıt”la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq.
Millimizin üzvü Latviya klubunda “Şamaxı”dan yeni transfer - RƏSMİ DÇ-26 sonrası ölüm xəbəri: CAR-ın futbolçusu vəfat etdi “Karvan-Yevlax”da növbəti ayrılıq Əvəzedicilər Liqasının başlama tarixi bəlli oldu