Qəbələ Olimpiyaya qarşı

20.11.2024

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

“Qırmızı-qaralar” hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda bu gün Region Liqasında çıxış edən “Olimpiya” (Ağcabədi) ilə üz-üzə gələcək. Ertəsi gün “qırmızı-qaralar” daha bir qarşılaşmaya çıxacaq. Komanda “Zaqatala” ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq hər iki oyun saat 15:00-da başlayacaq.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью