Qəbələ Olimpiyaya qarşı

20.11.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qəbələ" milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə hazırlığını davam etdirir. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Liqanın VII turunun MOİK-lə matçının (3:0) ardından bir həftəlik istirahətə buraxılan komanda bir araya gəldikdən sonra məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

"Qırmızı-qaralar" hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda bu gün Region Liqasında çıxış edən "Olimpiya" (Ağcabədi) ilə üz-üzə gələcək. Ertəsi gün "qırmızı-qaralar" daha bir qarşılaşmaya çıxacaq. Komanda "Zaqatala" ilə görüşəcək. Qəbələ şəhər stadionunda baş tutacaq hər iki oyun saat 15:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью