Qəbələ Premyer Liqaya yüksəldi

04.04.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ” futbol klubu futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.

Globalinfo.az xəbər verir ki, “Qəbələ” buna I Liqanın XX tur oyununda “Baku Sporting” klubuna səfərdə 5:0 hesabı ilə qalib gələrək nail olub.

Bu qələbə ilə xallarını 52-yə çatdıran bölgə komandası 4-cü pillədəki “Baku Sportinq” üçün əlçatmaz olub. Çempionatın yekununa 7 tur qaldığı üçün “Qəbələ” ən azı 3-cü pilləni təmin edib.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsüm Premyer Liqada 12 komanda iştirak edəcək, I Liqadan isə 3 klub əsas liqaya yüksələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью