“Qəbələ” premyerliqa klubu ilə yoldaşlıq görüşü keçirək?

05.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Premyer-liqa klublarının ardından 1-ci liqa təmsilçiləri də qış hazırlığına başlayır. Yanvarın 9-da hazırlığa start verəcək “Qəbələ” hansı klublarla yoldaşlıq görüşü keçirəcəyini açıqlamayıb. Birinci liqada qol buraxmadan liderlik edən “qırmızı-qaralar” yəqin elə-belə rəqiblə qarşılaşmaz.

Maraqlıdı, “Qəbələ” premyer-liqa klubları ilə üz-üzə gələcək?
Klubun idman direktoru Səbuhi Səfiyarlı “Football-pıus.az”a cavabında belə dedi:

“Düzü, rəqiblərimiz hələ də dəqiqləşməyib. Amma çətin ki, premyer-liqa klubları olsun. Çünki yanvarın 17-də onlarda oyunlar başlayır”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью