“Qəbələ” rəqibini meydana çıxmağa peşman etdi 20:0!

20.11.2024

Icma.az, Apasport portalına istinadən məlumat verir.

I Liqanın VIII turunun hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.

Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” Ağcabədinin “Olimpiya” komandası ilə üz-üzə gəlib. Region Liqası təmsilçisi ilə matç Qəbələ şəhər stadionunda baş tutub.
Görüş Kaxaber Tsxadadzenin yetirmələrinin üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə doqquz qol vuran “Qəbələ” fasilədən sonra hesabı 20:0-a çatdırıb.
Komandanın heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıblar. Nugay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, sabah daha bir yoxlama oyunu keçirəcək “Qəbələ” “Zaqatala” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

Diqqət! Təklifim var - TOPU AYAQLA YOX, ƏLLƏ OYNAYAQ "Qarabağ" - "Lion" matçına 13 mindən çox bilet satılıb Əvəzedicilər liqası: XIV turun təyinatları Kikboksçularımız beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar Azərbaycanlı hakim "Fənərbaxça"nın ÇL matçını idarə edəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью