Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qəbələ, 27 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Qəbələdə rayon sakininin iş vaxtı ehtiyatsız davranması həyatı bahasına başa gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisindəki daş karxanasında çalışan fəhlə 47 yaşlı Səxavət Abdullayev dəzgaha düşüb. Hadisə yerinə cəlb edilən Təcili tibbi yardım briqadasının köməyi ilə fəhlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.