Qəbələ sakini “Pin Up” və “Mostbet”də qumar oynadı, 3 min manat cərimələndi

29.08.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbələ rayonunda onlayn qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

2000-ci il təvəllüdlü Sərvər Əsədov (ad-soyad şərtidir – red.) Qəbələ rayonu ərazisində olarkən mobil telefon vasitəsi ilə "Pin up" və "Mostbet" qumar saytlarına giriş edib, kart hesabından həmin qumar saytlarına üç dəfəyə - 11.49, 16.49, 16 manat məbləğlərində pul depoziti edib.

Bu hərəkətləri ilə pul qazancı müqabilində qumar oyununda iştirak edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Əsədov 3 min manat cərimə edilib.

(teleqraf)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью